UEFA-dan skandal: "Qarabağ"ın oynuna fransız hakim
"Qarabağ"ın matçını fransız hakim idarə edəcək.
90plus.az xəbər verir ki, "Tottenhem" və "Qarabağ" komandaları arasında keçiriləcək Avropa Liqasının Liqa mərhələsinin I turunun oyununu fransalı hakim Villi Delajo idarə edəcək.
Delajoda həmyerliləri Ervan Finjan və Filip Jan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək. VAR hakimi Benua Miyo, AVAR hakimi Alan Kicas (Avstriya) olacaq.
Sentyabrın 26-da keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved