UEFA Konfrans Liqasında “Fənərbağça” da, “Beşiktaş” da uduzdu!
Konfrans Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib. 90plus.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb, Xorvatiya) səfərdə "Viktoriya"nın qonağı olub. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. "Fənərbağça" səfərdə Bolqarıstan"Ludoqorets"inə 0:2, "Beşiktaş" isə evdə Norveç "Bude-Qlimt"inə ` 1:2 hesabı ilə uduzub. 9 noyabr Konfrans Liqası, qrup mərhələsi, 4-cü tur C qrupu "Astana" (Qazaxıstan) - "Balkani" (Kosovo) - 0:0 "Viktoriya" (Çexiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:0 Xal durumu : Viktoriya - 12, Balkani - 4, Astana - 4, Dinamo - 3 D qrupu "Beşiktaş" (Türkiyə) - "Bude-Qlimt" (Norveç) - 1:2 "Brügge" (Belçika) - "Luqano" (İsveçrə) - 1:0 Xal durumu: Brügge - 10, Bude-Qlimt - 7, Luqano - 4, Beşiktaş - 1 E qrupu "Legiya" (Polşa) - "Jrinski" (Bosniya) - 2:0 "Aston Villa" (İngiltərə) - "Alkmaar" (Niderland) - 2:1 Xal durumu : Legiya - 9, Aston Villa - 9, Alkmaar - 3, Jrinski - 3 F qrupu "Ferentsvaroş" (Macarıstan) - "Genk "(Belçika) - 1:1 "Çukariçki" (Serbiya) -" Fiorentina" (İtaliya) - 0:1 Xal durumu: Fiorentina - 8, Ferentsvaroş - 6, Genk - 6, Çukariçki - 0 G qrupu HİK (Finlandiya) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 0:1 PAOK (Yunanıstan() - "Aberdin" (Şotlandiya) 2:2 Xal durumu: PAOK - 10, Ayntraxt - 9, Aberdin - 2, HİK - 1 H qrupu "Norşelland" (Danimarka) - "Spartak" (Trnava, Slovakiya) - 1:1 "Ludoqorets" (Bolqarıstan) - "Fənərbağça" (Türkiyə) - 2:0 Xal durumu: Fənərbaxça - 9, Norşelland - 6, Ludoqorets - 6, Spartak - 0 A qrupu "Slovan" (Slovakiya) - "Lill" (Fransa) 1:1 "Olimpiya" (Sloveniya) - "Klaksvik" (Farer adaları) 2:0 Xal durumu: Lill - 8, Slovan - 7, Klaksvik - 4, Olimpiya - 3 B qrupu "Zarya" (Ukrayna) - "Makkabi" (Təl-Əviv, İsrail) 1:3 "Breydablik" (İslandiya) - "Gent" (Belçika) 2:3 Xal durumu : Gent - 10, Makkabi - 6, Zarya - 4, Breydablik - 0