Usman Dembele ilin 3 əsas mükafatını qazanan 2 futbolçudan biri oldu
Usman Dembele 2025-ci ildə bütün əsas mükafatları qazandı. 2025-ci ildə “Qızıl top”un qalibi olduqdan sonra “Paris Sen-Jermen”in hücumçusu daha bir neçə fərdi mükafata layiq görüldü.
90plus.az bildirir ki, Fransa millisinin üzvü The Best FIFA Men’s Player mükafatını və Globe Soccer Awards mərasimində dünyanın ən yaxşı futbolçusu adını aldı.
Bu üç mükafatı bir il ərzində qazanan Dembele artıq Kriştiano Ronaldo ilə eyni sırada yer alır.
Yeganə fərq ondadır ki, portuqaliyalı futbol əfsanəsi bu uğuru iki dəfə təkrarlayıb.
Hazırda “Əl-Nəsr”in formasını geyinən Ronaldo bu üç mükafatı eyni ildə - ardıcık 2 il - həm 2016, həm də 2017-ci illərdə qazanmışdı.
Möhtəşəm 2024/25 mövsümünün müəllifi olan Usman Dembele, şübhəsiz ki, futbol karyerasında çox gözəl bir səhifə yazıb.
© Copyright 2026, All Rights Reserved