Yamalın Flikdən istəyi: "O oynamasın"
"Barselona"nın cinah oyunçusu Lamin Yamal polşalı forvard Robert Levandovskinin əsas heyətdə yer almasını istəmir.
90plus.az xəbər verir ki, 17 yaşlı oyunçu Levandovski ilə yaxşı münasibətdə olsa da, onun yerinə Ferran Torreslə oynamağa üstünlük verir. Hətta Pedri ilə birlikdə Yamal baş məşqçi Hans-Diter Flikə müraciət edərək, bu mövsüm adətən ehtiyatdan meydana çıxan Torresin əsas heyətdə başlamasını istəyiblər.
Hazırda La Liqa çərçivəsində Levandovski 29 oyunda 25 qol vurub və turnirin ən məhsuldar futbolçusudur. Çempionlar Liqasında isə o, 10 matçda 9 dəfə fərqlənib.
© Copyright 2026, All Rights Reserved