"Yuventus"dan Premyer Liqa klubuna
"Fiorentina"nın hücumçusu Moyze Kin yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.
90plus.az xəbər verir ki, italiyalı forvarda "Nyukasl Yunayted" maraq göstərir. Premyer Liqa təmsilçisi Kinlə bağlı "Fiorentina" ilə əlaqə yaradıb. 25 yaşlı futbolçunun hazırkı müqaviləsində 52 milyon avro dəyərində sərbəst buraxılma bəndi mövcuddur.
Xatırlatma: Moyze Kin bu mövsümün əvvəlində "Yuventus"dan "Fiorentina" klubuna keçib. İtaliya millisinin üzvü Florensiya komandasının heyətində indiyədək 36 oyunda iştirak edərək 22 qol və 3 assistlə yadda qalıb. Qeyd edək ki, o, öncələr İngiltərədə "Everton" klubunun formasını da geyinib.
© Copyright 2026, All Rights Reserved