"Zirə"-"DAK-1904": Hakimlər bəllidir
“Zirə” klubunun Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Slovakiyanın “DAK-1904" klubu ilə keçirəcəyi ilk matçın hakimləri bəlli olub.
90plus.az xəbər verir ki, iyulun 25-də "Dalğa Arena"da keçiriləcək qarşılaşmanı İvo Torres idarə edəcək. Ona Rafael Morim və Dani Dias köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Jasim Sabotiç yerinə yetirəcək.
Qeyd: İyulun 25-də keçiriləcək “Zirə” - “DAK-1904" matçı 19:30-da start götürəcək.
Mənbə: AFFA media hesabı
© Copyright 2026, All Rights Reserved