34 il sonra çempion oldular
“Vikinq” 34 ildən sonra Norveç çempionu oldu – mövsümün son turunda inamlı qələbə ilə...
90plus.az xəbər verir ki, “Vikinq” FK bu gecə mövsümün son turunda “Valerenqa” üzərində 5:1 hesablı möhtəşəm qələbə qazanaraq 34 ildən sonra ilk dəfə Norveç çempionluğunu rəsmiləşdirib. Komanda son dəfə çempionluğu 1991-ci ildə əldə etmişdi. Son iki mövsümdə isə titulu “Budyo Qlimt” qazanmışdı.
1899-cu ildə qurulan “Vikinq” ümumilikdə Norveç çempionatında artıq doqquzuncu tituluna sahib çıxıb.
Komandanın heyətində yer alan Peter Kristiansen və Anders Bertelsen də çempionluq matçında rol oynayıb.
“Budyo Qlimt” isə mövsümün son oyununda “Fredrikstad” üzərində 5:0 hesabı ilə qalib gəlib.
© Copyright 2026, All Rights Reserved