Almaniya-Danimarka matçı bu səbəbdən dayandırıldı
Avro-2024-ün 1/8 finalında oynanılan Almaniya-Danimarka matçı zamanı yağan şiddətli yağış oyunun dayandırılmasına səbəb olub.
90plus.az xəbər verir ki, matçın ingilis hakimi Maykl Oliver 35-ci dəqiqədə oyunu dayandıraraq futbolçuları meydanın kənarına dəvət edib.
Futbolçular yağışın şiddətlənməsi ilə soyunub-geyinmə otağına gediblər.
Oliver təxminən 25 dəqiqə sonra yağış səngidikdə futbolçularla birlikdə meydana qayıdıb və matç yenidən başlayıb.
Matçın nəticəsində isə Almaniya Danimarka üzərində 2:0 qələbə qazanıb.
QEYD: Stadionda yağan şiddətli yağış və şimşəklər sosial mediada böyük əks-səda yaradıb.
VİDEO:
https://t.me/doxsanplus/85177
https://t.me/doxsanplus/85178
https://t.me/doxsanplus/85180
FOTO:
© Copyright 2026, All Rights Reserved