Ancelotti açıqladı: "Arda buna görə az oynayır"
"Real Madrid"in baş məşqçisi Karlo Ancelotti, Arda Gülerin komanda içindəki rəqabət səbəbi ilə çox vaxt oynaya bilmədiyini bildirib.
90plus.az xəbər verir ki, La Liqada dünən "Villareal" ilə keçirdikləri 9-cu həftə oyunu öncəsi mətbuat konfransı keçirən Ancelotti, jurnalistlərin suallarını cavablandırıb.
Türkiyə millisinin futbolçusu Arda Güler haqqında bir sualı cavablandıran İtalyan mütəxəssis, "Arda Güler az oynayır, çünki rəqabət çoxdur. İki oyuna ilk 11-də çıxdı və keçən ilə nisbətən daha çox rol alır." deyib. Bu mövsüm ilk məğlubiyyətini UEFA Çempionlar Liqasında, səfərdə "Lill" qarşısında yaşayan "Real Madrid"in yenidən yaxşı futbol oynamağa konsentrasiya olması lazım olduğunu vurğulayan Ancelotti, "Bəzən yaxşı bir mövsüm başlanğıcı sizi məğlubedilməz hiss etdirir, amma bir məğlubiyyət sizi reallıqla üzləşdirir." qeyd edib.
"Olmaq istədiyimiz yerdən uzaqda deyilik." deyən Ancelotti, bu cür fikirlərini ifadə edib:
"Müdafiə baxımından yoğunluq və topun dövr etməsi ilə bağlı narahat olmalıyıq. Yaxşı reaksiya versəniz, bu məğlubiyyət böyük bir fürsətə çevrilir. Komanda uduzmaq istəmədi, çünki oyunun sonunda hər şeyini verdi və biz də sona qədər mübarizə apardıq. Oyunçularla danışdım, topa sahib olmaqdan məhrum olduğumuzu və daha sürətli paslar verməli olduğumuzu anladıq. Həmçinin, müdafiə səviyyəsində də yoğunluq lazımdır. Doğru yoldayıq və hər zamankından daha güclüyük."
© Copyright 2026, All Rights Reserved