Ançelotti Ronaldo haqda: “Başqalarına nümunədir”
"Real"ın hazırkı baş məşqçisi Karlo Ançelotti klubun sabiq ulduzu, indi Səudiyyə Ərəbistanında oynayan portuqaliyalı Kristiano Ronaldonun uğur sirrini deyib.
90plus.az xəbər verir ki, bu sirrin peşəkarlıqda olduğunu söyləyib:
"Ronaldo fiziki və texniki cəhətdən böyük istedaddır, onun təbiəti belədir...
O, bu xüsusiyyətləri özünəməxsus ciddilik və peşəkarlıqla tamamlayır. Mən heç vaxt bu qədər diqqətli, hazırlıqlı, konsentrasiyalı, diqqətli oyunçu görməmişdim. O, əlbəttə ki, hazırlıq baxımından başqalarına nümunədir".
📰: RSI radiostansiyası; Yahoo Sports;
© Copyright 2026, All Rights Reserved