"Arsenal əfsanələri" məni dəli edir" Skoulz
AVRO 2024-dəki çıxışı ilə tənqid hədəfinə çevrilən İngiltərə millisində yeni böhran yaşanıb.
90plus.az xəbər verir ki, "Mançester Yunayted"in əfsanəvi futbolçusu Paul Skoulz, İan Raytın Bukayo Sakanın İngiltərə millisində sol cinah müdafiəçisi oynaya biləcəyi ilə bağlı təklifinə qarşı çıxıb və iradı ilə sosial media hesabı vasitəsilə məşhur şərhçini tənqid edib.
Saka həm klubda, həm də millidə sağ cinahda oynayarkən, AVRO 2024-ün bütün matçlarında bu mövqedə meydana çıxıb. Lakin İngiltərə üçün sol cinah mövqeyi problemli sahədir.
Skoulz sosial media hesabında açıq şəkildə Raytın adını çəkməyib, lakin "Arsenal əfsanələri" deyərək kimi nəzərdə tutduğu aydın olub. O, qeyd edib ki, "Sakanı sol cinah müdafiəçisi etməyə çalışan bu "Arsenal əfsanələri" məni dəli edir, çünki Palmerin yerinə keçməsindən qorxurlar".
FOTO:
© Copyright 2026, All Rights Reserved