Atletimizdən beynəlxalq medal!
Azərbaycan atleti Rüstəm Məmmədov Qazaxıstanın Almatı şəhərində keçirilən yarışda iştirak edib.
90plus.az xəbər verir ki, Dünya Atletikasının bürünc səviyyəli yarışı olan 33-cü Qusman Kosanov Memorialında uğurlu çıxış edən idmançımız üçtəkanla tullanmada 16.12 metr nəticə göstərib.
Bu nəticə ilə R.Məmmədov yarışda bürünc medal qazanıb.
Mənbə: Atletika Federasiyası
© Copyright 2026, All Rights Reserved