Avro-2024: 300 min + azarkeş oyunun yenidən keçirilməsini tələb etdi!
Alman azarkeşlər Almaniya - İspaniya (1:2) oyununun təkrar keçirilməsini tələb edən onlayn petisiya imzalayıblar.
90plus.az xəbər verir ki, 300 mindən çox azarkeşin imzası ilə tələbdə görüşün baş hakimi Entoni Teylorun çoxsaylı səhv qərarlar verdiyi hesab olunur:
Qeyd olunur ki, qarşılaşmanın 106-cı dəqiqəsində Bundestimin hücumameyilli yarımmüdafiəçisi Camal Musialanın zərbəsindən sonra top ispan müdafiəçisi Mark Kukurellanın əlinə toxunub, amma Teylor penalti təyin etməyib.
Qeyd: Avro-2024-ün yarımfinalında İspaniya Fransa ilə, İngiltərə isə Niderlandla qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved