Avro-2024: 36 oyun, 20 VAR müdaxiləsi
AVRO-2024-ün qrup mərhələsində 36 oyuna 20 dəfə VAR müdaxiləsi olub.
90plus.az xəbər verir ki, Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 36 oyununa VAR 20 dəfə müdaxilə edib və eyni sayda hakim səhvləri düzəldilib.
Videohakimlərin müdaxiləsindən sonra görüşün baş hakimləri 8 dəfə monitora yaxınlaşaraq epizodun təkrarını izləyiblər.
Nəticədə:
2 qol ləğv edilib;
1 qol hesaba alınıb;
5 penalti təyin olunub.
Qeyd: AVRO-2020-də baş tutan 51 matça VAR 17 dəfə müdaxilə etmişdi.
© Copyright 2026, All Rights Reserved