AVRO 2024: Avstriya-Türkiyə mübarizəsi
Avro-2024-ün 1/8 final mərhələsində bu gün Avstriya və Türkiyə komandaları üz-üzə gələcək.
90plus.az xəbər verir ki, maraqla gözlənilən qarşılaşma Almaniyanın Leypsiq şəhərində Bakı vaxtı ilə 23:00-da başlayacaq. Matçın qalibi isə 1/4 finalda Rumıniya - Hollandiya oyununun qalibi ilə qarşı-qarşıya gələcək.
Oyun barəsində "Der Standard"da belə qeyd olunub: "Bu, tarixi matç ola bilər çünki Avstriya Futbol Federasiyasının heç bir komandası əvvəllər Avropa Çempionatının 1/4 finalında iştirak etməyib. Lakin Avstriyanın uğuruna qarşı çıxacaq çox az şey var. İrəliləyiş üçün ən yaxşı arqument komandanın vəziyyətidir. Hər şey saat kimi işləyir, oyunçular oyuna yönəliblər və nə edəcəklərini bilirlər."
© Copyright 2026, All Rights Reserved