Avro-2024: Bütün oyunların tarixi bilinib!
Almaniyanın Hamburq şəhərində 2024-cü il Avropa çempionatının qrup mərhələsinin püşkatma mərasimi olub. 90plus.az xəbər verir ki, 24 komanda 4 səbətə bölünüb, bundan sonra püşkatma nəticəsində hər biri 4 komandadan ibarət 6 qrup müəyyənləşib. Həmçinin Avro-2024-ün qrup mərhələsinin oyunlarının təqvimi də məlum olub. Turnirin təqvimi belədir: 14 iyun (cümə) A qrupu: Almaniya - Şotlandiya (Keçiriləcəyi şəhər: Münhen) 15 iyun (şənbə) A qrupu: Macarıstan - İsveçrə (Keçiriləcəyi şəhər: Köln) B qrupu: İspaniya - Xorvatiya (Keçiriləcəyi şəhər: Berlin) B qrupu: İtaliya - Albaniya (Keçiriləcəyi şəhər: Dortmund) 16 iyun (bazar günü) C qrupu: Sloveniya - Danimarka (Keçiriləcəyi şəhər: Ştutqart) C qrupu: Serbiya - İngiltərə (Keçiriləcəyi şəhər: Gelsenkirchen) D qrupu: A yolunun qalibi - Niderland (Keçiriləcəyi şəhər: Hamburq) 17 iyun (bazar ertəsi) D qrupu: Avstriya - Fransa (Keçiriləcəyi şəhər: Düsseldorf) E qrupu: Belçika - Slovakiya (Keçiriləcəyi şəhər: Frankfurt) E qrupu: Rumıniya - B yolunun qalibi (Keçiriləcəyi şəhər: Münhen) 18 iyun (çərşənbə axşamı) F qrupu: Türkiyə – C yolunun qalibi (Keçiriləcəyi şəhər: Dortmund) F qrupu: Portuqaliya – Çexiya (Keçiriləcəyi şəhər: Leyptsiq) 19 iyun (çərşənbə) A qrupu: Şotlandiya - İsveçrə (Keçiriləcəyi şəhər: Köln) A qrupu: Almaniya - Macarıstan Keçiriləcəyi şəhər: (Ştutqart) B qrupu: Xorvatiya - Albaniya (Keçiriləcəyi şəhər: Hamburq) 20 iyun (cümə axşamı) B qrupu: İspaniya - İtaliya (Keçiriləcəyi şəhər: Gelsenkirchen) C qrupu: Danimarka - İngiltərə (Keçiriləcəyi şəhər: Frankfurt) C qrupu: Sloveniya - Serbiya (Keçiriləcəyi şəhər: Münhen) 21 iyun (cümə) D qrupu: A yolunun qalibi - Avstriya (Keçiriləcəyi şəhər: Berlin) D qrupu: Niderland - Fransa (Keçiriləcəyi şəhər: Leyptsiq) E qrupu: Slovakiya - B yolunun qalibi (Keçiriləcəyi şəhər: Düsseldorf) 22 iyun (şənbə) E qrupu: Belçika - Rumıniya (Keçiriləcəyi şəhər: Köln) F qrupu: Türkiyə - Portuqaliya (Keçiriləcəyi şəhər: Dortmund) F qrupu: C marşrutunun qalibi - Çexiya (Keçiriləcəyi şəhər: Hamburq) 23 iyun (bazar) A qrupu: İsveçrə - Almaniya (Keçiriləcəyi şəhər: Frankfurt) A qrupu: Şotlandiya - Macarıstan (Keçiriləcəyi şəhər: Ştutqart) 24 iyun (bazar ertəsi) B qrupu: Albaniya - İspaniya (Keçiriləcəyi şəhər: Düsseldorf) B qrupu: Xorvatiya - İtaliya (Keçiriləcəyi şəhər: Leyptsiq) C qrupu: İngiltərə - Sloveniya (Keçiriləcəyi şəhər: Köln) C qrupu: Danimarka - Serbiya (Keçiriləcəyi şəhər: Münhen) 25 iyun (çərşənbə axşamı) D qrupu: Fransa – A yolunun qalibi (Keçiriləcəyi şəhər: Dortmund) D qrupu: Niderland – Avstriya (Keçiriləcəyi şəhər: Berlin) 26 iyun (çərşənbə) E qrupu: B yolunun qalibi Belçika (Keçiriləcəyi şəhər: Ştutqart) E qrupu: Slovakiya - Rumıniya (Keçiriləcəyi şəhər: Frankfurt) F qrupu: Çexiya - Türkiyə (Keçiriləcəyi şəhər: Hamburq) F qrupu: C yolunun qalibi - Portuqaliya (Keçiriləcəyi şəhər: Gelzenkirxen) A yolunda bizi yarımfinalda Polşa - Estoniya və Uels - Finlandiya matçları gözləyir. B yolunun yarımfinalında İsrail - İslandiya, Bosniya və Herseqovina - Ukrayna görüşləri, C yolunun yarımfinalında isə Gürcüstan - Lüksemburq, Yunanıstan - Qazaxıstan oyunları keçiriləcək. A, B və C yollarının qalibləri Avro 2024-ün final mərhələsinə vəsiqə qazanacaqlar. Xatırladaq ki, Avro-2024-ün final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək. Avropa çempionatının son qalibi İtaliya yığmasıdır.