AVRO 2024: İngiltərə-Niderland matçının hakimləri açıqlanıb
Avro 2024-ün yarımfinal mərhələsində baş tutacaq Niderland - İngiltərə matçının hakimləri açıqlanıb.
90plus.az xəbər verir ki, oyunun baş hakimi Feliks Zvayer olacaq. Ştefan Lyupp və Marko Axmüller ona kömək edəcək. Dördüncü hakim vəzifəsini isə Daniel Siebert yerinə yetirəcək.
Qeyd: İngiltərə-Niderland matçı iyulun 10-da keçiriləcək.
© Copyright 2026, All Rights Reserved