AVRO 2024: İngiltərə yarımfinala yüksəldi!
Bu gün İngiltərə və İsveçrə komandaları arasında AVRO 2024-ün 1/4 final mərhələsinin növbəti qarşılaşması baş tutub.
90plus.az xəbər verir ki, İngiltərə və İsveçrə arasında keçirilən matç əsas vaxtda 1-1 hesabı ilə nəticələnib. Penaltilər seriyasında isə İngiltərə 5-3 hesabı ilə İsveçrəyə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
İngiltərə 1 - 1 İsveçrə
Embolo 74’
Bukayo Saka 80’
Penaltilər seriyası - İngiltərə 5 - 3 İsveçrə
Palmer +
M.Akanci -
J. Bellinqem +
Fabian Şer +
B. Saka +
C. Şakiri +
Toni +
Z. Andoni +
T.A. Arnold +
https://t.me/doxsanplus/85608
Qeyd: İsveçrə Avro-2024-də mübarizəni dayandırıb.
Qollar:
https://t.me/doxsanplus/85597
https://t.me/doxsanplus/85599
Oyundan epizodlar:
Embolo Avro-2024-də 2-ci qolunu vurur. Bukayo Saka isə avrolarda ilk qolunu vurur. FOTO:
Qaret Sautgeytin İngiltərədə olduğu müddətdə komandanın uğurları:
2018: Dünya Kubokunun yarımfinalı
2019: Millətlər Liqasının yarımfinalı
2020: Avropa Çempionatının finalçısı
2022: Dünya Kuboku 1/4 finalı
2024: Avropa Çempionatının yarımfinalı
FOTO:
UEFA-ya görə İngiltərə-İsveçrə matçının ən yaxşısı Bukayo Saka seçilib. FOTO:
Matçdan sonra Bukayo Saka “Özəl idi. Keçən dəfə Avroda penaltilər seriyası keçirdik, nə baş verdiyini hamımız bilirik... Allah'a inanıram. Bu gün fürsətdən istifadə etdim və xoşbəxtəm” - deyə qeyd edib.
Qeyd: Bu, komandanın 28 ildən sonra qitə çempionatında penaltilər seriyasında ilk qalibiyyətidir. Yığma o vaxtdan AVRO-2020-nin finalı da daxil olmaqla dörd dəfə uduzub. FOTO
© Copyright 2026, All Rights Reserved