AVRO 2024: İspaniya-Gürcüstan 1/8 finalda qarşılaşacaq
Avropa Çempionatında sabah Bakı vaxtı ilə saat 23:00-da İspaniya və Gürcüstan 1/8 finalda mübarizə aparacaq.
90plus.az xəbər verir ki, qarşılaşmanı Fransa Futbol Federasiyasından olan hakim Fransua Leteksier idarə edəcək.
İspaniya millisində müdafiəçi Naço Fernandes və hücumçu Ayoze Peres yüngül zədə alıb. Onların matçda oynayıb-oynamayacağı oyun saatında bilinəcək. FOTO:
Gürcüstan millisində isə İspaniya ilə oyunda yarımmüdafiəçi Anzor Mekvabişvili cəzalı olduğundan oynaya bilməyəcək. FOTO:
Qeyd: İspaniya və Gürcüstan bundan əvvəl 7 dəfə milli komandalar səviyyəsində mübarizə aparıblar ki, bunun da 6-sı rəsmi, 1-i isə özəl oyun olub. İspaniya bütün rəsmi yarışlarda qalib gəlsə də, Gürcüstan yeganə qələbəsini xüsusi görüşdə qazanıb.
© Copyright 2026, All Rights Reserved