Avro-2024: Ən yaxşı gürcü və türk oldu!
Avropa çempionatının qrup mərhələsinin III turunda F qrupunun son 2 oyununda ən yaxşı futbolçular müəyyənləşib.
90plus.az xəbər verir ki, Gürcüstan - Portuqaliya matçının (2:0) ən yaxşısı gürcü Xviça Kvaratsxeliya olub. O, 2-ci dəqiqədə hesabı açıb.
Çexiya - Türkiyə (1:2) qarşılaşmasının ən yaxşısı isə türk Barış Alper Yılmaz seçilib.
Qeyd: F qrupunda Portuqaliya lider kimi, Türkiyə 2-ci yerin sahibi kimi, Gürcüstan isə ən yaxşı 3-cü yer kimi Avro-2024-ün 1/8 finalına vəsiqə qazandı. Burada Portuqaliyanın rəqibi Sloveniya, Türkiyənin rəqibi Avstriya, Gürcüstanın rəqibi isə İspaniya olacaq.
© Copyright 2026, All Rights Reserved