Avro-2024: Ən yaxşılar…
Avropa çempionatının qrup mərhələsinin III turunda E qrupunun son 2 oyununda ən yaxşı futbolçular müəyyənləşib.
90plus.az xəbər verir ki, Ukrayna - Belçika matçının (0:0) ən yaxşısı belçikalı yarımmüdafiəçi Kevin De Bruyne olub.
Slovakiya - Rumıniya qarşılaşmasının (1:1) ən yaxşısı isə slovakiyalı yarımmüdafiəçi Stanislav Lobotka seçilib.
Qeyd: E qrupunda Rumıniya lider kimi, Belçika 2-ci yerin sahibi kimi, Slovakiya isə ən yaxşı 3-cü yer kimi Avro-2024-ün 1/8 finalına vəsiqə qazandı. Burada Rumıniyanın rəqibi Niderland, Belçikanın rəqibi Fransa, Slovakiyanın rəqibi isə İngiltərə olacaq.
© Copyright 2026, All Rights Reserved