Avro-2024: Ronaldo + 5 oyunçu cəza limitindədir
Avro-2024-də Portuqaliya və Sloveniya 1/4 finala çıxmaq üçün üz-üzə gələcək.
90plus.az xəbər verir ki, qarşılaşmada Portuqaliya millisindən 5 futbolçu sarı vərəqə cəzası limitindədir.
Qrup matçlarında hərəyə 1 sarı vərəqə alan Kriştiano Ronaldo, Fransisko Konseysao, Joao Palhinha, Pedro Neto, Ruben Neves sabahkı oyunda vərəqə alacağı təqdirdə cəzalı vəziyyətə düşəcək və əgər Portuqaliya turu keçərsə 1/4 finalda bu oyunçulardan yararlana bilməyəcək.
QEYD: Portuqaliya-Sloveniya matçı sabah Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.
© Copyright 2026, All Rights Reserved