Avro-2024: Son üç iştirakçı bilindi
Avro-2024-ün son üç iştirakçısı pley-offun finalında bilinib. 90plus.az xəbər verir ki, Gürcüstan Yunanıstanı penaltiər seriyasında 4:2 üstələyərək tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib. Həlledici penalti zərbəsini vaxtilə Azərbaycanda "İnter" və "Qəbələ"də çıxış etmiş Nika Kvekveskiri uğurla yerinə yetirib. Gürcüstan Avropa çempionatının F qrupunda Portuqaliya, Türkiyə, Çexiya ilə mübarizə aparacaq. Maraqlı epizod: Gürcü xalqı qələbəni meydana axışaraq qeyd edir. FOTO Digər pley-off finallarında Ukrayna İslandiyanı 2:1 hesabı ilə məğlub edərək Avro-2024-ə vəsiqə qazanıb: Ukrayna 2-1 İslandiya Albert 30' Viktor 54' Mudryk 84' Qollar: https://t.me/doxsanplus/78830 https://t.me/doxsanplus/78837 https://t.me/doxsanplus/78843 Ukraynalıların AVRO-2024 sevinci. VİDEO https://t.me/doxsanplus/78865 Ukrayna E qrupunda Belçika, Rumıniya, Slovakiya ilə üz-üzə gələcək. Polşa isə Uelslə qarşılaşıb. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Polşa penaltilər seriyasında 5:4 hesabı ilə qalib gələrək Avro-2024-də oynamaq hüququ qazanıb: Uels 0-0 Polşa Penaltilər: 4-5 Milli D qrupunda Fransa, Avstriya və Niderlandla qarşılaşacaq. Qeyd : Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.