Avstriya ilə oyun öncəsi Montella açıqlama verdi
AVRO 2024-də 1/8 final mərhələsində bu gün Türkiyə-Avstriya qarşılaşması baş tutacaq.
90plus.az xəbər verir ki, matçdan öncə Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Kənan Yıldız və Arda Gülər barəsində açıqlama verib.
Montella açıqlamasında "Kənan Yıldız məşqlərdə özünü təkmilləşdirməyə çalışır. İlk matçda bəxti gətirmədi. Mövqeləri daha yaxşı dəyərləndirməlidir" - deyə bildirib.
Həmçinin o, Arda Gülər haqqında da "Arda çox istedadlı oyunçudur. Onun oyunda təkmilləşdirməsi lazım olan şeylər var. Onu görməməzlikdən gələ bilmərik. O, olmayanda yoxluğunu hiss edirik... Arda çox istedadlı oyunçudur. Onun kimi bir oyunçu olmayanda fərqini hiss edirsiz. O, gənc bir oyunçudur, özünü müxtəlif sahələrdə inkişaf etdirməlidir və bunu da edəcək" - deyə qeyd edib.
© Copyright 2026, All Rights Reserved