Avstriya matçı öncəsi Montelladan yeni qərarlar!
AVRO 2024-ün 1/8 final turunda sabah Avstriya ilə qarşılaşacaq Türkiyə millisində baş məşqçi Vinçenzo Montella meydana çıxaracağı hücum xətti üçün fərqli alternativləri yoxlayır.
90plus.az xəbər verir ki, İtaliyalı məşqçinin Barışı daha effektiv olduğu sağ cinaha keçirib, Ardanı isə mərkəzə qoymaq istədiyi bildirilir.
Həmçinin Türkiyə komandasında Çexiya ilə matçda (2:1) qələbə qolunu vuran Cenk Tosunun meydana çıxmağı gözlədiyi, lakin Montellanın onu ehtiyat heyətdə saxlamaq istədiyi bildirilir.
Montellanın Avstriyaya qarşı yarımmüdafiəni güclü saxlamaq istədiyi və bu səbəbdən matçı iki ön libero ilə oynamağı düşündüyü qeyd edilib.
Mənbə: Sabah
© Copyright 2026, All Rights Reserved