Avstriyalı fanatlardan irqçi şüarlar…
Avstriya futbol millisinin azarkeşləri Avropa çempionatının 1/8 finalında Türkiyə ilə matçdan (1:2) əvvəl irqçi şüarlar səsləndiriblər.
90plus.az xəbər verir ki, avstriyalılar oyunun baş tutduğu Leypsia küçələrində "L'amour toujours" mahnısındakı “Almaniya almanlar üçün, əcnəbilər çölə” sözlərini ucadan qışqırıblar.
Leypsiq hüquq-mühafizə orqanları şübhəli şəxsləri qeydə alıb və araşdırma aparılır.
Qeyd: Türkiyəyə 1:2 hesabı ilə məğlub olan Avstriya AVRO-2024-də mübarizəni dayandırıb.
© Copyright 2026, All Rights Reserved