"Ayaks" azarkeşləri stadionu savaş meydanına çevirdi
“Ayaks” – “Qroningen” matçı öncəsi azarkeşlər stadionu alova verdi.
90plus.az xəbər verir ki, Hollandiya Liqasının 14-cü turunda “Ayaks” öz meydanında “Qroningen”i qəbul edib. "Yohan Kroyff Arena"da keçirilən oyunda tribünlərdə baş verən hadisə diqqət çəkib.
Matç öncəsi “Ayaks” azarkeşləri ötən ay vəfat edən bir azarkeşi anmaq məqsədilə meşalələr yandırıb və sahəyə havai fişəklər atıblar. Oyun başladıqdan dərhal sonra və 6-cı dəqiqədə bu hallar təkrar olunub. Nəticədə hakim oyunu dayandıraraq futbolçularla birgə soyunma otağına çəkilib.
Hal-hazırda “Ayaks” – “Qroningen” matçının taleyi ilə bağlı rəsmi açıqlama verilməyib.
© Copyright 2026, All Rights Reserved