Azərbaycanlı şahmatçı İngiltərə çempionu olub
Azərbaycan əsilli şahmatçı Elmira Mirzəyeva İngiltərə Açıq çempionatında 1-ci olub.
90plus.az xəbər verir ki, 43 yaşlı qrossmeyster İsveçrə sistemli turnirin sonuncu turunda qələbə qazanaraq lider Katarjina Toma ilə eyni xala malik olub.
Qalibi isə tay-breyk müəyyənləşdirib. Rəqibini məğlub edən həmyerlimiz yekunda İngiltərə çempionu olub.
Qeyd: Elmira Mirzəyeva Rusiyada anadan olsa da, onun valideynləri əslən Gəncə şəhərindəndir.
© Copyright 2026, All Rights Reserved