"Azəryol"un Ukraynadakı çətin sınağı
Qadın həndbolçulardan ibarət “Azəryol” klubu bu gün növbəti avrokubok oyununu keçirəcək.
90plus.az xəbər verir ki, təmsilçimiz Avropa kubokunun 2-ci mərhələsində cavab matçına çıxacaq.
Bakı klubu Ukrayna təmsilçisi “Qaliçanka” ilə üz-üzə gələcək. İlk qarşılaşmada uduzan “Azəryol” öz meydanındakı qarşılaşmaya nominal qonaq qismində çıxacaq.
Qeyd edək ki, 3-cü mərhələnin matçları noyabrın 10-16-da keçiriləcək.
Avropa kuboku
2-ci mərhələ, cavab oyunu
6 oktyabr
17:00. “Qaliçanka” (Ukrayna) - “Azəryol” (Azərbaycan)
Hakimlər: Stefan İvanoviç, Marko Vuyisiç (hər ikisi Monteneqro)
Bakı. AHF Arena
İlk oyun – 36:22
© Copyright 2026, All Rights Reserved