Qadın basketbolçularımızdan Avropa kubokuna vəsiqə!
Qadınlardan ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində final oyununa çıxıb.
90plus.az xəbər verir ki, yığmamız Kipr seçməsi ilə üz-üzə gəlib və rəqibini 21:12 hesabı ilə məğlub edərək Avropa Kubokuna vəsiqə qazanıb.
Qeyd: Əsas mərhələ 22-25 avqustda Avstriyanın paytaxtı Vyanada olacaq.
© Copyright 2026, All Rights Reserved