Belçikanın çalışdırıcısı:” Qrupumuz çətin oldu"
Belçika millisinin çalışdırıcısı Domeniko Tedesko Avropa çempionatının sonuncu qrup oyununda Ukrayna ilə qolsuz bitən matçı şərh edib.
90plus.az xəbər verir ki, Tedesku qrupun çətin olduğunu söyləyib:
"Qalib gəlmək üçün əlimizdən gələn hər şeyi etdik. Qol vurmaq üçün çox çalışsaq da, bu bizdə alınmadı. Komandamla fəxr edirəm. Sona qədər yaxşı mübarizə apardıq. Qrupumuz çoxlarının düşündüyündən çətin oldu".
Qeyd: E qrupunu 2-ci kimi bitirən Belçikanın Avro-2024-ün 1/8 finalındakı rəqibi Fransa olacaq. Matç 1 iyul saat 20:00-da baş tutacaq.
© Copyright 2026, All Rights Reserved