Benyamin Şeşko Amorimdən sonra parlayıb
Benyamin Şeşko "Mançester Yunayted"dən ayrılan Ruben Amorimdən sonra Premyer Liqada digər bütün futbolçulardan daha çox qol vurub.
90plus.az xəbər verir ki, hücumçu bu dövrdə liqada 9 qol vurub. O, bunların arasında "Börnli"yə qarşı dubl (iki qol), "Everton" və "Kristal Pelas"a qarşı isə həlledici qollarla yadda qalıb.
Şeşko həmçinin kritik anlarda da fərq yaradıb: "Uest Hem"ə qarşı oyunda əlavə vaxtda bərabərlik qolunu vurub, "Aston Villa" və "Brentford" üzərində qələbələrdə də fərqlənib.
Hazırda onun ümumi göstəricisi 30 oyunda 11 Premyer Liqa qoludur.
Şeşkonun son həftələrdəki yüksəlişi “Mançester Yunayted”in hücum xəttində əsas rol oynamasına səbəb olub. O, klubun keçid dövründə ən sabit “matç qazandıran” futbolçulardan birinə çevrilib.
© Copyright 2026, All Rights Reserved