Dorqu: “Mən sərt şəraitdə böyümüşəm”
"Mançester Yunayted" klubunun vingeri Patrik Dorqu çətin uşaqlıq illərindən danışıb, ailəsinin fədakarlıqlarının onun xarakteri və karyerasının formalaşmasında böyük rol oynadığını bildirib.
90plus.az xəbər verir ki, 21 yaşlı futbolçu “Old Trafford”da özünü təsdiqlədikdən sonra diqqət çəksə də, yüksək səviyyəli futbola gedən yolunun heç də asan olmadığını etiraf edib.
Dorqu valideynlərinin, xüsusilə atasının etdiyi fədakarlıqlardan bəhs edib. Onun sözlərinə görə, atası ailəni dolandırmaq üçün bir neçə işdə çalışıb:
“Bəli, mən sərt şəraitdə böyümüşəm. Əvvəllər [Danimarkada] atam üç işdə çalışırdı. Demək olar ki, yatmırdı, çünki orada qalmaq üçün işləməli olduğunu bilirdi. Təmizlik işləri görürdü, yemək çatdırırdı. Onun üçün asan deyildi. Ona görə də indi elə bir vəziyyətdə olmağıma şadam ki, o artıq rahatlaşa bilər.
Anam və atam üçün də heç asan olmayıb. Onlar mənim və bacı-qardaşlarımın yaxşı şəraitdə böyüməsi, gələcəyimizin təmin olunması üçün əllərindən gələni etdilər. Onlara minnətdaram.
Anam çox sərt idi və bu mənim üçün faydalı oldu – xüsusilə mentalitetim üçün. Biz [futbolçular] çox da azad deyilik və daim hazır vəziyyətdə olmalıyıq. Sərt uşaqlıq keçirməyim məni gücləndirdi. İnsanların nə dediyinə çox fikir vermirəm”, – deyə Dorqu bildirib.
© Copyright 2026, All Rights Reserved