Pep gedir Mareska gəlir
Qvardiola mövsümün sonunda gedə bilər – “Mançester Siti”də Mareska dövrü başlayır?
90plus.az xəbər verir ki, Pep Guardiola mövsümün sonunda “Mançester Siti”dəki baş məşqçi postundan ayrılmağa yaxındır.
Klub daxilində artıq bu ssenari əsas gözlənti kimi qəbul olunur. Hətta rəhbərlik Qvardiolanın şərəfinə stadion tribunalarından birinə onun adının verilməsi məsələsini də müzakirə edib.
HandofArsenal-a görə, ispan mütəxəssisin yerinə əsas namizəd Enzo Mareskadır. Klub ilə məşqçi arasında keçid planının bir hissəsi kimi geniş müqavilə paketi üzərində razılıq əldə olunduğu bildirilir.
Bununla belə, xəbərdə qeyd olunur ki, Qvardiolanın son anda qərarını dəyişmək ehtimalı da istisna edilmir. Bu isə bütün planları poza bilər.
© Copyright 2026, All Rights Reserved