"Beşiktaş"ın israilli rəqibi İstanbula gəlməyəcək
"Beşiktaş" öz matçını Belqradda oynayacaq.
90plus.az xəbər verir ki, "Beşiktaş"ın "Hapoel Tel-Əviv" ilə oynayacağı qarşılaşmanın yeri bir daha dəyişdirildi. "Beşiktaş" Basketbol İcra Komitəsinin sədri Özkan Arseven, oyunun yeni yeri və tarixini elan etdi.
"BEŞİKTAŞ" TƏRƏFİNDƏN AÇIQLAMA
Arseven açıqlamasında bildirib: "Daha əvvəl 9 Oktyabr 2024 tarixində "Fibabanka Akatlar İdman Kompleksi"ndə keçirilməsi planlaşdırılan "BKT EuroCup Hapoel Sholomo Tel-Əviv" qarşılaşmasında "Eurolig" təşkilatı tərəfindən meydan dəyişdirilmişdir.
Ötən həftə baş verən vacib hadisələrdən sonra müvafiq qurumlar tərəfindən aparılan qiymətləndirmə nəticəsində təhlükəsizlik səviyyəsi artırılmışdır və müvafiq qarşılaşmamız 8 Oktyabr 2024 tarixində Türkiyə saatı ilə 21:00-da Serbiyanın Belqrad şəhərində oynanacaqdır.
Mövzu ilə bağlı son vəziyyət bu şəkildədir. Rəsmi açıqlama əlavə olaraq veriləcəkdir," - deyə bildirib.
NƏ BAŞ VERMİŞDİ?
Daha əvvəl Serbiyada oynanacağı qeyd edilən qarşılaşmanın "Beşiktaş" rəhbərliyinin səyləri nəticəsində İstanbulda oynanmasına qərar verilmişdi.
"Beşiktaş" rəhbərliyinin mövzu ilə bağlı əvvəlki açıqlaması belə idi:
""Beşiktaş Fibabanka" kişi basketbol komandamızın yer aldığı "BKT EuroCup" turnirinin təşkilatçısı "EuroLeague" rəhbərliyi, "Beşiktaş Fibabanka" kişi basketbol komandamızla "Hapoel Shlomo Tel-Əviv" arasında 9 Oktyabr Çərşənbə günü "BJK Fibabanka İdman Kompleksi"ndə keçirilməsi planlaşdırılan "BKT EuroCup"ın 3-cü həftə matçının Serbiyada oynanmasına qərar vermişdi.
Klubumuzun səyləri nəticəsində hökümətimiz və Türkiyə Basketbol Federasiyasının "EuroLeague" rəhbərliyinə və "Hapoel Shlomo Tel-Əviv" klubuna təhlükəsizlik zəmanəti verməsindən sonra "EuroLeague" rəhbərliyi, matçın İstanbulda oynanmasına qərar vermişdir.
"Beşiktaş Fibabanka" - "Hapoel Shlomo Tel-Əviv", 9 Oktyabr Çərşənbə günü saat 20:00-da "BJK Fibabanka İdman Kompleksi"ndə oynanacaqdır."