Braziliya rəsmisi Ançelotti üçün gəlib
Braziliya Futbol Federasiyasının rəsmi təmsilçilərindən olan Dieqo Fernandes ötən gecə “Real”ın Çempionlar Liqasında “Arsenal”a qarşı cavab oyunu baş tutan Santiaqo Bernabeuda olub və Ançelottinin gələcəyi ilə bağlı fərziyyələri gücləndirib.
90plus.az xəbər verir ki, braziliyalılar Karlo Ançelotti ilə danışıqları sürətləndirmək və razılığı ən qısa müddətdə rəsmiləşdirmək qərarına gəliblər.
Dorival Juniorun qovulmasından sonra yeni baş məşqçi axtarışında olan Braziliya "Real Madrid"in Çempionlar Liqasından kənarlaşdırılmasından sonra Karlo Ançelottiyə təzyiq etmək niyyətindədir.
Qeyd: Ç/L-də mübarizəni dayandıran Madrid təmsilçisi La Liqa çempionluğu yarışında da "Barselona"dan geri qalır.
📰: Marca; Sky Sports; BBC
© Copyright 2026, All Rights Reserved