"Bu mənim son Avropa çempionatım olacaq" Ronaldo
Portuqaliya-Sloveniya arasında keçirilən gərgin matç penaltilər seriyasından sonra Portuqaliyanın xeyrinə 3:0 hesabı ilə nəticələnib.
90plus.az xəbər verir ki, matçdan sonra Ronaldo komandasının qələbəsi ilə bağlı açıqlama verib. O, açıqlamasında “Əlbəttə, asan olmadı, nə deyim. Matç bu qədər uzandı, amma şansımızdan istifadə etməli idik. Əgər əlindəki şansı qaçırsan, bir daha belə imkan gəlməyəcək. Qol vurmadığıma görə ruhdan düşmüşdüm. Sloveniya millisinin qapıçısı Yan Oblak dünyanın ən güclü qapıçılarından biridir. O, komandasına hər cür kömək etdi. Özümü toparlaya bildim və komandamız qələbə üçün maksimum çalışdı. Bütün 120 dəqiqəyə dözdük və özümüzü itirmədik. Hər şeyə görə çox sağ olun. Sloveniya güclü və mütəşəkkil komandadır. Lakin əsas qəhrəman bizim qapıçımızdır” - deyə qeyd edib.
Ronaldo fikirlərinə əlavə olaraq “Bu, əlbəttə ki, mənim son Avropa çempionatım olacaq. Amma bu, məni narahat etmir. Çünki məni hərəkətə gətirən həvəsdir. Azarkeşlərimizi sevirəm. Darıxsam da, olmasam da, bu forma üçün hər zaman hər şeyimi verəcəm. Və mən bunu ömrüm boyu edəcəm. Biz məsuliyyəti öz üzərimizə götürməliyik” - deyə bildirib.
Maraqlı: Əlavə hissədə penalti qaçıran Kristiano Ronaldo penaltilər seriyasında fərqləndikdən sonra azarkeşlərdən üzr istəyir. FOTO
© Copyright 2026, All Rights Reserved