Çalhanoğlunun peşmanlıq göz yaşları
Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu Avro-2024-ün 1/4 finalında Niderlanda məğlub olaraq (1:2) turnirdə mübarizəni dayandırdıqdan sonra kədərini ifadə edib.
90plus.az xəbər verir ki, "Ay-ulduzlular"ın kapitanı "Çox geri çəkildik. Kaş geri çəkilməyə idik" deyərək ağlayıb:
"İkinci hissəyə yaxşı başlamadıq və qol buraxdıq. Çox geri çəkildik. Kaş geri çəkilməyə idik. İkinci qoldan sonra şanslarımız oldu, amma qol vura bilmədik”.
Hakan turnirdə milli üçün əməyi keçən hər kəsə təşəkkür edib: “Çox gözəl yarış keçirdik. Hamımız çox kədərliyik. Amma ümid edirəm ki, gələcəkdə daha böyük nailiyyətlər əldə edəcəyik. Təəssüf ki, indi hər şey bura qədərdir. Biz uzun yol qət etmişik. Futbolda məğlubiyyətlər olur. Azarkeşlərimiz matç başa çatdıqdan sonra bizi ayaq üstə alqışladılar. Bu, yaxşı əlamətdir".
Qeyd: Niderland Avro-2024-ün yarımfinalında 10 iyul saat 23:00-da İngiltərə ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved