“Çelsi” transfer etdiyi Estevaodan qol “yedi”, yarımfinala keçdi
“Çelsi” Klubların Dünya Çempionatında Braziliya təmsilçisi “Palmeyras” üzərində qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb — Estevao Vilyan gələcəkdə oynayacağı kluba qarşı qol vurub.
90plus.az xəbər verir ki, Koul Palmer 16-cı dəqiqədə London klubunu önə keçirib. Fasilədən sonra Estevao hesabı bərabərləşdirib. Qələbə qolunu isə Malo Qustonun ötürməsi nəticəsində müdafiəçi Giay Aqustin topu öz qapısına göndərib.
Nəticə: Palmeyras 1-2 Çelsi
Qollar: https://t.me/doxsanplus/104858
Başlıqların əksəriyyəti Braziliyanın gənc ulduzu Estevaoya həsr olunub. O, 53-cü dəqiqədə dar bucaqdan vurduğu gözəl qolla fərqlənib. 18 yaşlı braziliyalı futbolçu bu qarşılaşmadan sonra “Çelsi”yə keçidini rəsmiləşdirəcək. Transferin ümumi dəyərinin 52 milyon funt sterlinq olduğu bildirilir.
Digər tərəfdən, “Çelsi” 55 milyon funt sterlinqə “Brayton”dan transfer etdiyi Joao Pedroya bu oyunda debüt imkanı verib. Lakin Liam Delap və Levi Kolvill sarı vərəqə alaraq yarımfinal üçün cəzalı duruma düşüb. Kapitan Riss Ceyms isə isinmə hərəkətləri zamanı zədələnib.
Qeyd: “Çelsi” yarımfinalda Nyu Cersidə, “MetLife” stadionunda “Fluminense” ilə qarşılaşacaq.
Əsas diqqət nəyə yönəldi?
Estevao Vilyan yeni klubuna özünü ən yaxşı şəkildə — qolla tanıtdı. Cərimə meydançasında iti hərəkəti ilə İngiltərə millisinin üzvü Levi Kolvillə fürsət vermədi və zərbəsi qapı dirəyinə dəyib qola çevrildi. Bu, həm də “Palmeyras”la yaddaqalan vida oldu və gənc futbolçunun “Çelsi”də debütünə marağı daha da artırdı.
Kim fərqləndi, kim zəif çıxış etdi?
Koul Palmer və Pedro Neto əməlli-başlı təhlükəli oyun sərgilədi. Joao Pedronun debütü də parlaq alındı — o, qol vurmağa çox yaxın idi. Delap zəif təsir bağışladı və tez əvəz olundu. Nikolaş Cekson isə iki oyunluq cəzadan dönməsinə baxmayaraq ümumiyyətlə heyətdə yer almayıb.
Beləliklə, “Çelsi” növbəti mərhələdə daha bir Braziliya klubu — “Fluminense” ilə üz-üzə gələcək. “Palmeyras” isə Estevaosuz yerli çempionata diqqətini yönəldəcək.