Luis Enrikenin çempionluq təəssüratları! İsti-isti
Luis Enrike komandasının UEFA Çempionlar Liqasının finalında “Arsenal”ı məğlub edərək ardıcıl ikincimil titul qazanmasından sonra futbolçularının mentalitetini yüksək qiymətləndirib və bu uğurun ötən mövsümlə müqayisədə daha təsirli olduğunu bildirib.
90plus.az xəbər verir ki, “Canal+” telekanalına danışan PSJ-nin baş məşqçisi çətin final matçını və ardıcıl ikinci dəfə Avropanın ən nüfuzlu klub turnirini qazanmağın əhəmiyyətini dəyərləndirib.
“Bu, ötən illə müqayisədə daha böyük uğurdur. Çünki oyundan əvvəl “Arsenal”a qarşı oynamağın nə qədər çətin olacağını bilirdik”, – deyə Enrike bildirib.
İspan mütəxəssis bu nailiyyətin həm klub, həm də şəhər üçün xüsusi məna daşıdığını vurğulayıb.
“Komandamız və şəhərimiz üçün qələbə qazanmaq inanılmaz hissdir. Düşünürəm ki, bütün mövsüm ərzində göstərdiyimiz performansa görə buna layiq idik”, – deyə o qeyd edib.
Enrike finalın çox çətin keçdiyini etiraf etsə də, PSJ-nin mövsüm boyu nümayiş etdirdiyi xarakter və sabitliyin uğurun əsas səbəbi olduğunu bildirib.
“Final çox çətin oldu. Amma indi azarkeşlərimizlə birlikdə bunu qeyd etməyin vaxtıdır”, – deyə baş məşqçi əlavə edib.
Qələbədən sonra Luis Enrike tribunaya gedərək PSJ azarkeşləri ilə birlikdə çempionluğu qeyd edib.
© Copyright 2026, All Rights Reserved