Çempionlar Liqası: “Traktor”dan darmadağın
“Traktor”dan Asiya Çempionlar Liqasında möhtəşəm qələbə gəldi.
90plus.az xəbər verir ki, Asiya Çempionlar Liqasının qrup mərhələsində keçirilən oyunda Təbrizin “Traktor” klubu səfərdə Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Şarjah”ı 5:0 hesabı ilə məğlub edib.
İlk iki turda ardıcıl heç-heçə edən Təbriz klubu bu dəfə əsl futbol şousu nümayiş etdirib və qrupdakı ilk qələbəsini qazanıb.
Bu nəticə ilə “Traktor” xalını 5-ə yüksəldərək növbəti mərhələ uğrunda mübarizədə iddiasını davam etdirib.
© Copyright 2026, All Rights Reserved