Çövkən millimiz dünya çempionudur!
Azərbaycan çövkən millisi Bakıda keçirilən dünya çempionatının qalibi olub.
90plus.az xəbər verir ki, Binə Atçılıq Mərkəzində baş tutan həlledici görüşdə yığmamız Mərakeşi 2:0 hesabı ilə məğlub edib. Hər iki qolu millinin kapitanı Elçin Camallı vurub. Bununla da yığmamız çövkən üzrə ilk dünya çempionatının qalibi olub.
Üçüncü yer uğrunda görüşdə isə Nigeriya millisi Özbəkistan komandasını penaltilər seriyasında məğlub edib.
Qeyd: Yarışda 10 komanda iki qrupa bölünərək iştirak edib.
© Copyright 2026, All Rights Reserved