“Çox qol vura bilərdik“ Fehervar”ın baş məşqçisi
"Fehervar"ın baş məşqçisi Tamaş Peto Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt" komandasına minimal fərqlə qalib gəldikləri matçı (2:1) şərh edib.
90plus.az xəbər verir ki, qələbənin çətin olduğunu söyləyib:
"Rahat qələbə olmadı. Oyunçularda yorğunçuluq var idi. Birinci 20 dəqiqəni yaxşı oynaya bilmədik. İlk 20 dəqiqədən sonra oyuna ciddi yanaşa bildik və nəticə göz qabağındadır. Qırmızı vərəqədən sonra oyuna necə yanaşmalı olduğumuzu bildik və bunun nəticəsində qələbə qazandıq. Çox qol vura bilərdik. İlk hissədə də qaçırdığımız epizodlar oldu".
“Sumqayıt”ın azlıqda qalmasından: "Qırmızı vərəqədən sonra çalışdıq ki, rəqibin bizi əks-hücumda yaxalamasına imkan verməyək. Çətinlik çəkdik. “Sumqayıt”ın irəli xəttdəki oyunçuları təhlükəli idi. Diqqətli oynamağa çalışdıq".
Cavab oyunu: "Düşünmürük ki, cavab oyunu asan olacaq. “Sumqayıt” yaxşı komandadır, diqqətli olmağa çalışacağıq".
Qeyd: "Sumqayıt - Fehervar" cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq.
© Copyright 2026, All Rights Reserved