Cud Bellingem bu gün 100-cü oyununa çıxır: “Hər mövqedə varam”
Cud Bellinqem “Real Madrid”dəki rolundan danışaraq bildirib ki, o, hər oyunda fərqli işlər görməli olur.
90plus.az xəbər verir ki, Bellingemin DAZN-a açıqlamaları belədir:
“Hər oyundan sonra necə oynadığımı taktiki baxımdan təhlil etmək şansım olur. Eyni oyunda müxtəlif rollarda çıxış edirəm. Müdafiə ilə bağlı məsuliyyətlərim də var, top məndə olanda başqa vəzifələrim də. Hər oyun fərqli oynamaq imkanı verir. Heyətə baxıb harada oynayacağımı öyrənəndə bunu sevirəm. Bu mənə xoşdur.”
Cud Bellinqem ABŞ-da “Real Madrid”ə olan dəstəkdən də söz açıb və bunun “Real”ın dünyanın ən böyük klubu olduğunu bir daha xatırlatdığını deyib:
“Bu inanılmazdır, oyunlar isə tamamilə çılğın keçir. Bir çox adam stadionun son oyunda necə dolu olduğundan danışır. Hər oyunda təxminən yetmiş beş min tamaşaçı var. Bu inanılmazdır. Komandamızın necə qiymətləndirildiyini görmək möhtəşəm bir təcrübədir. Bu, bizə klubun nə qədər böyük olduğunu xatırladır. Dünyanın ən böyük klubu! Başqa heç bir klubda belə bir şey görmürsən. Bunun bir parçası olmaq zövqdür, Amerikadakı bütün azarkeşlərə dəstəyə görə təşəkkür edirəm.”
Cud Bellinqem son müsahibəsində sevimli mövqeyi barədə də danışıb və “Real Madrid”in yarımmüdafiəçisi hansı mövqedə oynayacağını baş məşqçinin qərar verdiyini deyib:
“Həmişə dediyim kimi, komanda üçün lazım olan hər şeyi edərəm, hansı mövqedə olmağımdan asılı olmayaraq,” — deyə Cud bildirib.
“Güclü tərəflərimdən biri odur ki, müxtəlif mövqelərdə oynaya bilirəm və məşqçilərin məndə bunu görməsini sevirəm. Onlar üçün istənilən rolu yerinə yetirə bilirəm. Özümü yaxşı hiss edirəm, rahat oynayıram. Komandanın yaxşı oynamasına kömək etmək istəyirəm. Biz həmişə olduğu kimi, oynamaqdan zövq alan bir komandayıq, xüsusən də yeni məşqçi və yeni məşqçi heyəti ilə yeni ideyalar, yeni həvəs var. Hazırda yaxşı vəziyyətdəyik və bu yeni mərhələdən zövq alıram.”
Qeyd: Cud bu gün “Real Madrid” forması ilə 100-cü oyununa çıxacaq.
İndiyə qədərki statistikası:
99 oyun
38 qol
28 assist.