"Daha çox qol vura bilərdik" De la Fuente
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente AVRO-2024-də Gürcüstanı 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlama verib.
90plus.az xəbər verir ki, Luis de la Fuente matçı dəyərləndirərək açıqlamasında “Çox xoşbəxtik, çünki burada olmağın nəyə başa gəldiyini bilirik. Bu hesab çaşdırıcı idi, çünki matç 8-1 və ya 9-1 hesabı ilə bitə bilərdi. Gürcüstan çox təhlükəli komandadır, lakin üç dirək arasında zərbə vura bilmədilər. Bu oyunumuz xoşbəxt olmaq üçün yaxşı səbəbdir" - deyə bildirib.
İspan məşqçi çıxışına davam edərək, “Bu oyun futbolçuların əməyidir. Mən onlara çatdırıram, amma bunu icra edən onlardır və bunu çox gözəl edirlər. İşin gedişatına görə çox mürəkkəb və gözəl oyun idi. Sakit qalmağı bilirdik, qollar vuruldu, daha çoxunu vurmaq olardı” - deyə qeyd etdi.
Fuente Almaniya ilə qarşılaşma haqda da danışaraq, "Futboldan həzz almağa davam etməliyik. Almaniyaya qarşı ən yaxşı versiyamızı ortaya qoymalıyıq" - deyə bildirib.
Mənbə: "Star" qəzeti
© Copyright 2026, All Rights Reserved