"Daha yaxşı çıxış edəcəyimizi düşünürdüm" Deşam
Avro-2024-ün yarımfinal mərhələsində baş tutan İspaniya-Fransa (2-1) matçından sonra Fransanın baş məşqçisi Didye Deşam açıqlama verib.
90plus.az xəbər verir ki, baş məşqçi sözlərində "Hesabı açmağımız əla idi. Lakin İspaniya oyunu daha yaxşı mənimsəyən tərəf oldu. İspaniya ilə matçdakı çıxışımızı ürəkaçan hesab etmirəm. Daha yaxşı çıxış edəcəyimizi düşünürdüm. Təəssüf ki, alınmadı. Turnir boyu bütün görüşlərdə sona qədər mübarizə apardıq" - deyə qeyd edib.
© Copyright 2026, All Rights Reserved