Daliç: “Məğlubiyyətə layiq idik”
Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç İspaniya ilə (0-3) Avro-2024-ün ilk turunun oyunundan sonra fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, 57 yaşlı mütəxəssis qələbə münasibəti ilə rəqib komandanı təbrik edib:
"Ağır məğlubiyyət oldu, buna layiq idik. Oyun zamanı gücümüz tükənmişdi. İlk 15 dəqiqədə yaxşı mübarizə aparsaq da, sonradan durğunluq yarandı.Ən pisi odur ki, fasiləyə qədər birinci hissədə qol buraxdıq. Biz buna imkan verməməliydik, oyunu həmin vaxt itirdik. Həqiqətən bizim üçün çox pis oyun alındı. Harada səhv etdiyimizi müzakirə edəcəyik. Qarşıda bizi Albaniya ilə çətin oyun gözləyir. Hədəfimiz 3 xal qazanmaq olacaq".
© Copyright 2026, All Rights Reserved