Danimarkanın çalışdırıcısı: “Gəlin, sevinək”
Danimarka millisinin çalışdırıcısı Kasper Yulmann Avropa çempionatının 3-cü turunda Serbiya ilə qolsuz bitən matçı şərh edib.
90plus.az xəbər verir ki, qrup səddini aşdıqları üçün sevincli danışıb:
"Qrup mərhələsini keçdiyimiz üçün xoşbəxt olmalıyıq. Gəlin, buna sevinək. Biz Danimarka futbolunu, müxtəlif klublarda əla iş görən minlərlə könülləri təmsil edirik. Hər kəsin komandasıyıq və biz buna sevinməliyik".
Qeyd: Danimarka C qrupunda ikinci yerin sahibi kimi çempionatın 1/8-nə yollanır.
© Copyright 2026, All Rights Reserved