DÇ-2026: Ançelotti Neymar və Rodriqonu kənarda qoydu
RƏSMİ: Braziliya millisinin DÇ-2026 seçmə mərhələ oyunları üçün heyəti açıqlandı – Neymar və Rodriqo kənarda qaldı!
90plus.az xəbər verir ki, Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatının seçmə mərhələsindəki qarşılaşmalar üçün heyəti açıqlayıb. İtaliyalı mütəxəssisin açıqladığı siyahıda Neymar və Rodriqonun olmaması böyük maraq doğurub.
Ançelotti qərarı belə izah edib:
“Xeyr, onlarla danışmamışam. Onlar bu qərarı mükəmməl şəkildə anlayırlar. Futbolçular matçlarda daha çox iştirak etməli və fiziki olaraq yaxşı formada olmalıdırlar. Bunu izah etməyə ehtiyac yoxdur. İstəsələr, mənə zəng edə bilərlər. Hər ikisi nömrəmi bilir.”
Braziliya millisinin heyəti:
Qapıçılar:Alisson, Bento, Hugo Souza
Müdafiəçilər: Alex Sandro, Caio Henrique, Fabricio Bruno, Vanderson, Gabriel Magalhães, Marquinhos
Yan müdafiəçilər: Alex Sandro, Douglas Santos, Wesley, Vanderson
Yarımmüdafiəçilər: Bruno Guimarães, Andrey, Casemiro, Joelinton, Lucas Paquetá
Hücumçular: Estêvão, Kaio Jorge, Matheus Cunha, Raphinha, Richarlison, João Pedro, Luiz Henrique, Gabriel Martinelli
Bu qərar DÇ-2026-yə hazırlıq baxımından Ançelottinin sərt, lakin prinsipial yanaşmasının göstəricisi kimi dəyərləndirilir.
© Copyright 2026, All Rights Reserved