DÇ-2026: Avropa zonasında gecə belə bitdi
DÇ-2026: Avropa zonasında ilk turlara start verildi.
90plus.az xəbər verir ki, bu gün seçmə mərhələnin bir neçə qrupunda oyunlar keçirilib. B, C və Azərbaycan millisinin də olduğu D qrupunda komandalar ilk matçlarına çıxıblar.
D qrupunda Fransa səfərdə Ukraynaya 2:0 qalib gəlib. Azərbaycan millisi isə İslandiyaya 0:5 hesabı ilə uduzub.
C qrupunda Yunanıstan Belarus üzərində darmadağınla qalib gəlib – 5:1. Danimarka – Şotlandiya matçı qolsuz bərabərliklə başa çatıb.
B qrupunda İsveçrə Kosovo üzərində 4:0 hesablı qələbə qazanıb, Sloveniya – İsveç oyunu isə 2:2 bitib.
I qrupunda İtaliya Estoniyanı 5:0 hesabı ilə məğlub edib, İsrail Moldovaya 4 cavabsız qol vurub.
L qrupunda Xorvatiya Farer adalarını 1:0, Çexiya isə Monteneqronu 2:0 hesabı ilə üstələyib.
Dünən baş tutan oyunlarda isə Belçika Lixtenşteyni 6:0 darmadağın edib, Türkiyə səfərdə Gürcüstana qarşı dramatik oyunda 3:2 qələbə qazanıb. Almaniya isə Slovakiyaya 0:2 hesabı ilə uduzaraq startda sürpriz nəticə göstərib.
© Copyright 2026, All Rights Reserved